`Neftçi` bərabərliyə razılaşdı


02:47     15 İyul 2016 neftci%2014%20iyul.jpg

Bakının “Neftçi” klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ilk oyununda Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşıb.


Femida.az xəbər verir ki, “8-ci kilometr” qəsəbə stadionunda oynanılan matçı Sergey Sinkeviçin rəhbərliyi ilə belaruslu hakimlər briqadası idarə edib.

Oyunun qarşılıqlı hücumlar şəraitində keçsə də, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Komandalar arasında cavab matçı iyulun 21-də keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1354